İrəvanın Baqramyan prospektində Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə mitinq keçirilir.
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Bundan sonra “Vətənin qurtuluşu hərəkatı” İrəvanın Azadlıq meydanında mitinq keçirib, ardınca yürüş iştirakçıları Baqramyan prospektini bloklayıblar.
Etirazçılar burada çadrlar qurub və bütün gecəni prospektdə keçiriblər. Onlar Paşinyan istefa verməyənə qədər ərazini tərk etməyəcəklərini deyiblər.скачать dle 12.1