Konqoda ölkənin qərbindəki Mbansa-Ngungu şəhəri yaxınlığındakı avtobus qəzasında ən az 24 nəfər adam ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, avtobus dağdan enərkən aşıb.
Qeyd edək ki, avtobusda mallarını daşıyan 100-ə yaxın alverçi varıydı, onlardan ən azı 24-ü ölüb. Avtomobil qəzasının dəqiq səbəbi hələ bilinmir, lakin şahidlər bunun əyləc sistemindəki nasazlıq səbəbiylə baş verə biləcəyini söyləyirlər.
Qurbanların dəqiq sayı barədə məlumat verilmir.скачать dle 12.1