ABŞ prezidenti Donald Tramp Türkiyəni rüsumlar və sanksiyalarla hədələyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu D.Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlamasında deyib.
ABŞ prezidenti bildirib: "Əgər Türkiyə özünü lazım olmayan şəkildə apararsa, düşünmürəm ki, belə ola, amma bizim heç kimin bilmədiyi qüvvəmiz var - bu, sanskiyalardır, bu, rüsumlardır <...> Biz rüsumlar tətbiq edəcəyik, biz sanksiyalar tətbiq edəcəyik".
D.Tramp qeyd edib ki, ABŞ ölkəyə gələn Türkiyə mallarına rüsumlar tətbiq edəcək: "Onlar ABŞ-a böyük həcmdə polad, o cümlədən digər mallar göndərirlər. Biz bu mallara rüsumlar tətbiq edəcəyik, biz onlara qarşı sanksiyalar tətbiq edəcəyik".скачать dle 12.1