ABŞ Dövlət Departamenti xarici ölkələrdəki səfirliklərə Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlarının İŞİD-ə qarşı mübarizəni və bölgədə yaşayan mülki əhalini təhlükə qarşısında qoyduğuna dair yazılı bildirişlər göndərib.
Teleqraf.com xəbər verir ki, Amerika KİV-də yayılan məlumatda departament tərəfindən göndərilən mətnlərin Donald Tramp administrasiyasının mövqeyi ilə üst-üstə düşmədiyi bildirilib.
Bununla yanaşı, Dövlət Departamentindəki bir mənbə Trampın Suriyadan çəkilmə qərarının narahatlıq yaratdığına diqqət çəkib.
Digər yandan, Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatların insan haqlarını pozduğu iddia edilməklə yanaşı, Türkiyənin bu addımlarının araşdırılmasının vacibliyinə toxunulub.
Məlumatda eyni zamanda, ABŞ-ın bölgə üçün nəzərdə tutduğu 50 milyon dollar həcmində yardımın bölgəyə çatdırılması üçün problem yarandığı qeyd edilib.скачать dle 12.1