İspaniyanın "Real" klubunun rəsmi Feysbuk səhifəsi azərbaycanlı azarkeşlərinin videosunu paylaşıb.
Qaynarinfo xəbər verir ki, paylaşıma Azərbaycan dilində "Salam dostlar!" şərhi yazılıb.
Videoda fanatlar Çempionlar Liqası matçı üçün Türkiyənin İstanbul şəhərində olduqlarını bildiriblər. "Real"ın rəsmi səhifəsi həmçinin "Azərbaycandan olan azarkeşlərimizi sevirik" şərhini də yazıb.
Qeyd edək ki, "Real" bu gün "Qalatasaray"la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.скачать dle 12.1