“Eurovision-2021” Beynəlxalq Mahnı Müsabiqəsində pandümiya olmasına rəğmən tamaşaçıların iştirakına icazə verilib.
Bu haqda müsabiqənin rəsmi saytında məlumat verilib.
Müsabiqə şoularının hər birində eyni vaxtda 3,5 min nəfər tamaşaçı iştirak edə biləcək, amma zala daxil olmaq üçün onlardan COVID-19 testinin neqativ cavabı tələb olunacaq.
Xatırladaq ki, ötən il koronavirus pandemiyası səbəbilə ləğv edilən “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi 18-22 may tarixlərində Niderlandın Rotterdam şəhərində keçiriləcək. скачать dle 12.1