Şimali Koreya lideri Kim Çen In ali təhsil nazirini edam edib.
 “Daily Mirror” xəbər verir ki, edam qərarı nazirliyin işindəki nöqsanlarla bağlı olub. Dövlət qurumunun qənaətbəxş fəaliyyət göstərmədiyi aşkarlanıb. Ali Təhsil Nazirliyinin distant təhsili lazımi səmərə ilə təşkil etmədiyi də ortaya çıxıb. Həmçinin, keçmiş nazir hökuməti əsassız tənqid etməkdə ittihamlanıb.
Ali təhsil nazirinin edamından əvvəl Kim Çen In bir generalı yırtıcı balıqla yemləyib. Onun 2019-cu ildə ABŞ prezidenti Donald Trump ilə görüşdən sonra beş müavinini işdən qovduğu da iddia olunur.скачать dle 12.1