Müalicə aldığı xəstəxanadan qaçan COVID-19 daşıyıcısı ölüb.
Bakisesi.com xəbər verir ki, hadisə Türkiyənin Tokat şəhərində baş verib.
Məlumata görə, ölən şəxs 74 yaşlı kişi olub. Onun 70 yaşlı həyat yoldaşında koronavirus testinin nəticəsi neqativ çıxıb.
Bildirilir ki, mərhum xəstəxanadan qaçışı bir neçə gün öncə gerçəkləşdirib. 74 yaşlı kişi evində aşkar edilərək yenidən xəstəxanaya müşahidə altına götürülüb və orada dünyasını dəyişib.
Qeyd edək ki, Türkiyədə koronavirusa ilk yoluxma faktı martın 11-də qeydə alınıb. Son 20 gündə ölkədə yoluxma faktlarının rəsmi sayı 11 000-ə yaxınlaşıb. Virus qurbanlarının rəsmi sayı isə 168 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 201 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 802 700-ü ötüb. Bunların 172 319 nəfəri sağalıb, 39 019 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

скачать dle 12.1