Türkiyənin İzmir vilayətində qeyri-qanuni mühacirləri Yunanıstanın Samos adasına aparan yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.

“Bakisesi.com”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 19 mühacir ölüb, sürücü də daxil olmaqla 5 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım briqadaları və polislər cəlb edilib.

Qeyd olunur ki, qəzada ölənlər arasında qadın və uşaqlar da var.

Faktla bağlı araşdırma




“Hurriyet” xəbər verir ki, qəza nəticəsində 1-i hamilə qadın, 2-si körpə, 2-si azyaşlı uşaq olmaqla 22 nəfər dünyasını dəyişib, 13 nəfər yaralanıbскачать dle 12.1