Türkiyə Dəniz Qüvvələrinin Şərqi Aralıq dənizindəki fəaliyyəti COVID-19 pandemiyasına baxmayaraq, fasiləsiz davam edir.
“Yeni Şafak” xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi aprelin 23-də “Aralıq Dənizi Qalxanı Əməliyyatı”nın beynəlxalq praktikaya çevrildiyini elan edib. İlk xarici iştirakçılar Pakistan və İordaniya olub.
Azərbaycan, Albaniya, Əlcəzair, Gürcüstan, Liviya, Livan və Tunisin də hərəkata daxil olacağı gözlənilir.
Bu ölkələrlə danışıqların davam etdirildiyi bildirilir.
2006-cı ildən bəri hər il təşkil olunan “Aralıq dənizi Qalxanı Hərəkatı”nın beynəlxalq tədbirə çevrilməsi məqsədilə Aralıq dənizi vasitəsilə ticarət, enerji nəqli xətləri quran və onun ətrafında yerləşən doqquz ölkə ilə iki il əvvəl müzakirələrə başlanılıb. Təlimlərin beynəlxalq şəraitdə keçirilməsinin bölgəyə sabitlik gətirəcəyi bildirilir. 
“Aralıq Dənizi Qalxanı Hərəkatı” Şərqi Aralıq dənizində təhlükəsizliyi təmin etmək üçün Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən həyata keçirilir.скачать dle 12.1