ABŞ prezidenti Donald Tramp 2020-ci il noyabrda keçiriləcək seçkiqabağı kampaniya üçün artıq 106 milyon dollar yığıb.

“Bakisesi.com” xəbər verir ki, bu barədə Federeal Seçki Komissiyasına (FSK) istinadən “The Hill” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Trampın “Amerikanı yenidən möhtəşəm edirik” adlı seçki fondu cari ilin iyul-sentyabr aylarında seçicilərdən 200 dollardan ianə toplayıb.

Qeyd edək ki, Tramp 2017-ci ilin yanvarın 20-dən prezident postundadır. Amerika Konstitusiyasına əsasən, prezidentlər ənənəvi olaraq 2 dəfə bu posta seçilmək hüququna malikdirlər.скачать dle 12.1