Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreya liderinin əməliyyat keçirdiyinə dair heç bir əlamət olmadığını bildirib.
Bəzi fərziyyələrin əksinə olaraq, Cənubi Koreya prezidentinin ofisi də eyni iddiadadır.
Milli Kəşfiyyat Xidməti Kim Çen Inın ürək əməliyyatı keçirməsi iddiasını “məntiqsiz” adlandırıb.
Xatırladaq ki, Şimali koreya lideri aprelin 11-dən sonra təxminən 20 gün ictimaiyyət qarşısına çıxmayıb. Bu, onun ağır ürək əməliyyatı keçirməsi və hətta ölməsi barədə çoxsaylı fərziyyələr doğurub.
Daha sonra Kim Çen In tam sağlam vəziyyətdə gübrə zavodunun açılışında görünüb.скачать dle 12.1