Beynəlxalq Mayeləşdirilmiş Təbii Qaz İdxalçıları Qrupunun (Fransa) aprelin 30-da yaydığı hesabatda Misirin 2019-cu ildə mayeləşdirilmiş təbii qazdan ixracatını 150% artırdığı bildirilir. Bu, Qahirə ilə Ankara arasında Aralıq dəniziini şərqində siyasi mübahisələrin yeni mərhələsi deməkdir. Misir hətta COVID-19 dövründə təbii qaz ixracının daha da artırmaq niyyətindədir.
Neft Nazirliyi aprelin 21-də elan edib ki, 2 yeni quyudan qaz hasilatı başlayıb: biri Aralıq dənizinin şərqində yerləşən “Şuruk 9” konsessiya blokunda (istehsal gücü gündəlik 390 milyon kub/metr), o biri gündəlik qaz hasilatını 7,4% artırmaq məqsədli “Baltim South West 7” konsessiya sahəsi (istehsal gücü gündəlik 140 milyon kub/metr).
İstanbulda fəaliyyət göstərən Misir Araşdırmalar İnstitutunun tədqiqatçısı Əhməd Abbas “əl-Monitor”-a açıqlamasında bildirib ki, pandemiyanın səbəb olduğu iqtisadi böhran fonunda xərcləri azaltmaq üçün yeni quyuların hasilatı dayandırmaq məntiqi addım olardı.
Misir Neft Nazirliyini təmsil edən Misir Təbii Qaz Holdinq Şirkəti (EGAS) aprelin 27-də yaydığı rəsmi açıqlamada xarici tərəfdaşı olan italyan-ispan şirkəti “Union Fenosa Gas” ilə Damietta mayeləşdirmə stansiyasının (Misir hökumətinin payı – 80%) yenidən qurulması üçün həll razılaşmasının uğursuz olduğunu bildirib.
2013-cü ildə Damietta stansiyasında əməliyyatlar dayandırılıb, çünki Misir hökuməti tərəfdaşlıq payına uyğun xərcləri ödəyə bilməyib. Açıqlamaya görə, EGAS müqavilədə göstərilən bəzi şərtlərə, o cümlədən koronavirusun yayılmasına görə bəzi haqları ödəyə bilmədiyi üçün müqavilə pozulub.
Aprelin 21-də Misir dövlətinə yaxın qəzetlər anonim mənbələrə istinadən bildirib ki, mayeləşdirmə üçün “İdku” stansiya kompleksində ən böyük paya (36%) sahib olan “Shell” şirkəti mart ayında podratçılarına maye qaz tədarükünü dayandırıb. Aşağı qlobal qiymət və pandemiya nəticəsində tələbatın azalması ucbatından. ABŞ qazının qiyməti ingilis termal vahidlərində 1,63 dollara qədər enib ki, bu da son 10 ildə ən aşağı qaz qiymətidir.
Neft Nazirliyində məlumatlı mənbə anonimlik şərtiylə “əl-Monitor”-a bildirib ki, Damietta mayeləşdirmə stansiyasının yenidən işləməməsi və qlobal qiymətin aşağı olmasına görə “İdku” kompleksindən mayeləşdirilmiş qazın ixracının dayandırılması müvəqqəti addımdır.
O, bunun Misirdə kəşf olunan yataqlardan hasilata təsir göstərməyəcəyinə işarə edib.
Mənbə əlavə edib ki, yataqlarda hasilat əməliyyatları, mayeləşdirmə və ixrac əməliyyatlarından asılı olmayaraq, öz hesablarına malikdir. Kəşfiyyat ərazilərində istehsalın dayandırılması və ya genişləndirilməməsi dövlət və onun xarici tərəfdaşları üçün itkidir, “çünki dövlət və şirkətlər kəşfiyyat sahələrində işləyənlərin əmək haqqı verir və istehsal olmadıqda belə, texnikaya qulluq edir”.
Bununla belə, Əhməd Abbas Misirin “Zuhr” yatağında və Şərqi Aralıq dənizi bölgəsində hasilatı genişləndirdiyini, xüsusən də “Zuhr”un Türkiyənin tanımadığı Misir-Kipr dəniz sərhədlərində yerləşdiyini nəzərə alaraq, Ankaranı təhrik etdiyini düşünür. O, əlavə edib: “Misir Türkiyənin dəstəklədiyi Şimali Kipr Türk Respublikasının hüquqlarına məhəl qoymayıb və bəlkə də Misirin sırf Kipr ərazisi hesab etdiyi bölgələrdə Türkiyənin də hüquqlarını tapdalayıb”.
Türkiyə kəşfiyyat və qazma işləri üçün bir araşdırma gəmisini bölgəyə göndərdikdən sonra Kipr hökuməti 21 aprel tarixli rəsmi açıqlamadasında Ankaranın yad sularda fəaliyyətini qınayıb. Türkiyə, eyni zamanda, aprelin əvvəlində Aralıq dənizində virtual obyektlərdə hərbi təlimlərin həyata keçirildiyini açıqlayıb.
Ərəb Araşdırmalar və Tədqiqatlar Mərkəzinin beynəlxalq münasibətlər üzrə tədqiqatçısı Şakir Mustafa hesab edir ki, iqtisadi tənəzzülü, habelə mayeləşdirmə və ixrac razılaşmalarının pozulmasına baxmayaraq, Misir Aralıq dənizinin şərqində təbii qaz kəşfini hədəfləyə bilər. Bu, Misirin Şərq Aralıq dənizindəki təsirini və hüquqlarını qorumaq üçündür.
Mustafa 2014-cü ildə Misir və Kipr arasında imzalanan razılaşmanın Misir-Kipr dəniz sərhədləri boyunca uzanan bəzi karbohidrogen (təbii qaz və neft) anbarlarında ortaqlıq yaratdığını söyləyib. “Saziş Türkiyəni qəzəbləndirib”.
Türk hökumətinə yaxın jurnalist Esra Elonu bir tvitində iddia edib (sonradan onu silib) ki, 2019-cu ilin sentyabrından Misir prezidenti Sisiyə qarşı başlayan etirazlar onun Ankara ilə danışıqlar aparmağa razılaşacağı təqdirdə dayana bilər. Prezident Rəcəb Tayyib Ərdoğanın müşavirlərindən biri olan Yasin Aktay jurnalistin tvitini paylaşıb. Bir çox Misir qəzetləri və müşahidəçiləri bunu Türkiyənin Misir liderləri əleyhinə etiraz aksiyalarını dəstəkləməsi kimi yozub.
Hələ 2014-cü ilin dekabrında Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Yunanıstan, Misir və Kipr arasında Aralıq dənizinin sərvətlərinə sərmayə qoymaqla bağlı razılaşmalara münasibət bildirərkən, Türkiyə olmadan Aralıq dənizi ölkələri arasında bağlanmış istənilən razılaşmanın ölkəsi tərəfindən tanınmayacağını söyləyib. “Bu,  bölgədəki gərginliyi artıracaq”.
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu da həmin vaxt Ankaranın Yunan Kiprinə Türk Kipri sularında təbii sərvətləri inhisara almasına icazə verməyəcəyinə söz verib. “Aralıq dənizi həm də bizim dənizimizdir və heç kim onu üzümüzə bağlaya bilməz”.
Misir İqtisadi və Strateji Araşdırmalar Forumunun rəhbəri Rəşad Abdu Aralıq dənizinin şərqində qaz kəşfiyyatının genişlənməsinin hər hansı bir siyasi deyil, iqtisadi amillərə bağlı ola biləcəyini söyləyib. O bildirib: “Kəşfiyyat və hasilatı genişləndirmək qərarı, “Eni” və “BP” kimi xarici şirkətlərlə ortaqlıq Misir hökumətinin istəyindən asılıdır. Mayeləşdirmə və ixrac əməliyyatları da. Yalnız “Shell” kimi xarici tərəfdaşlarla birlikdə. Buna görə də, bəlkə də bəzi tərəfdaşlar istehsalın genişlənməsini dəstəkləyir, digərləri isə mayeləşdirmə və ixracatın dayandırılacağına inanırlar”.
Tərcümə: Strateq.azскачать dle 12.1