COVID-19 böhranının iqtisadi nəticələri demək olar ki, hər kəsin düşüncəsinə sirayət edib. Bunun üçün əsaslı səbəb var: Avropa İttifaqı (Aİ) tarixində ən pis resessiyaya doğru gedir, bu il iqtisadiyyatın 7-12% azalması gözlənilir. Lakin pandemiyanın demokratiyaya təhlükəsi barədə az danışılır.
Siyasətçilər COVID-19 böhranının yaratdığı müstəsna hallara uyğun tədbirlər görə bilər və bunu etməlidirlər. Ancaq insanların öz milli hökumətlərindən təhlükəsizlik istədikləri bir vaxtda dövlətlər pandemiya və iqtisadi tənəzzülə qarşı mübarizə üçün lazımi birliyə nail ola bilərmi?
Pandemiyanın iqtisadi təsirini azaltmaq üçün Aİ becid hərəkət edib. Avropa Mərkəzi Bankı (AMB) müstəsna maliyyə-kredit tədbirlərinə başlayıb və Aİ 1-1,5 trilyon avro (1,1-1,6 trilyon $) məbləğində bərpa və yenidənqurma paketi hazırlayıb.
Aİ-nin xilasetmə paketini necə maliyyələşdirmək barədə fikir ayrılıqları qalmaqdadır, lakin əsas məqsəd sadədir: sürətli V-şəkilli qurtuluşa nail olmaq, hərgah asta U-şəklli bərpa fərqli bir fürsət olaraq qalır.
Düzgün iqtisadi bərpadan başqa, daha çox rəqəmsal Avropa iqtisadiyyatının qurulması üçün geniş yayılmış ambisiyalar var. Demək olar ki, hamı COVID-19 böhranının belə bir çevrilməni sürətləndirmə üçün fürsət olduğunu qəbul edir. Baxmayaraq ki, Aİ-nin ondan istifadə edəcəyi hələ bəlli deyil.
Nəticə qismən pandemiyanın Avropanın siyasi qurumlarına təsirindən asılı olacaq. Hələ ki narahat olmaq üçün ciddi səbəblər var.
İnstitusional baxımdan, ən böyük təhlükə Almaniyanın Federal Konstitusiya Məhkəməsindən gəlir. Bu yaxınlarda o, Almaniya hökumətinin ölkənin Əsas Qanunu pozduğunu dair qərar çıxarıb. Həmin qərar təkcə reallıqdan uzaq deyil. Avropa iqtisadiyyatının qorunması bu gün ən vacib prioritet olmalıdır, amma Federal Konstitusiya Məhkəməsinin qərarı Aİ müqavilələrinə açıq saymamazlığı əks etdirir.
AMB üçün hüquqi məsuliyyət, o cümlədən səlahiyyətinin həddini aşması 2018-ci ildə AMB aktivlərinin alışını qanuni hesab edən Aİ Məhkəməsinə aiddir. Lakin Almaniyanın Federal Konstitusiya Məhkəməsi tamamilə kobud məntiqlə hərəkət edir.
Demokratiyanı pozmaq naminə böhrandan istifadə etməyə dair populist səylər daha narahatedicidir. Macarıstanın baş naziri Viktor Orban buna əyani nümunədir. Son 10 ildə azad mətbuata, QHT-lərə və siyasi əleyhdarlara hücum edən Orban COVID-19 böhranından ölkəni nəzarətsiz idarə etmək naminə faydalanır. Bu, Adolf Hitlerin 1933-cü il tarixli Qanunundan bəri Avropada ilk diktator demokratiyasıdır.
Rusiyada demokratik təsisatlara edilən hücumlar daha genişdir. Son həftələrdə COVID-19 xəstələrini müalicə edən 3 həkim ölkənin böhranla mübarizə üsullarını tənqid etdikdən sonra müəmmalı şəkildə pəncərələrdən yerə yıxılıb. Kommunistlərin hakimiyyəti ələ keçirməsindən 2 həftə sonra, 1948-ci ilin martında mənzilinin pəncərəsi altında ölü tapılan Çexoslovakiyanın xarici işlər naziri Yan Masarikin aqibəti yada düşür.
Bu tendensiya Avropa ilə məhdudlaşmır. Dünyanın ən böyük demokratiyaları – ABŞ, Braziliya və Hindistan da təhlükədədir.
ABŞ prezidenti Donald Tramp xəstəliyi siyasiləşdirə bilib. O, qubernatorları, xüsusən də demokratları lazımi avadanlıqla təmin etməkdən imtina edib və hətta xüsusi sifariş verilmiş avadanlıqları ələ keçirməyə çalışıb. Üstəlik, demokratların nəzarətində olan Miçiqan və Minnesota kimi ştatlarda evdə qalma qaydalarına müqavimət göstərib.
Braziliya prezidenti Jair Bolsonaro daha hiyləgər şəkildə eyni hoqqadan çıxıb. Bir gecədə milyonlarla hindistanlının işsiz və ac qalması ilə nəticələnən karantin rejimini həyata keçirmiş baş nazir Narendra Modi isə virusdan antimüsəlman gündəmi yaratma üçün istifadə edib.
Təəccüblüdür ki, demokratiyaya hücumlar bu günə qədər beynəlxalq səviyyədə diqqət cəlb etməyib. Qlobal media COVID-19 və onun iqtisadi nəticələrinə o qədər aludə olub ki, siyasi təsirləri görə bilməyib.
Kontaktın izlənməsi bəlkə də demokratiyaya ən böyük təhlükədir. COVID-19 dövründə əlaqə izləmələri insanların sağlamlığına olan riskləri minimuma endirərkən, iqtisadiyyatların yenidən açılmasına imkanları daraldır. Bir çox hallarda bəzi məsələlər konstitusiya hüquq və azadlıqlarımızın mərkəzinə düşür.
Təmas izləmə tətbiqi avropalılar və amerikalılar və ya başqalarını çinlilərə daha çox bənzədir. Hər bir hərəkəti ictimai xidmətlərə çıxışı diktə edən qaydalarla yaşayan çinlilərə.
Bu bir qədər şişirtmə kimi görünə bilər, ancaq Macarıstan və Polşadakı son prosesləri nəzərdən keçirin. Diqqətli olmasaq, COVID-19-un ən böyük itkisi demokratiya ola bilər.
Tərcümə: Strateq.azскачать dle 12.1