Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.
“RİA Novosti” xəbər verir ki, hadisə Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib. 
Təcili tibbi yardım xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər həlak olub, 13 nəfər xəsarət alıb. Ölənlərdən ikisi təyyarənin pilotlarıdır.
Hadisəyə səbəb "L-410" təyyarəsinin mühərriklərindən birində problem yaranması olub. Nəticədə təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub.
скачать dle 12.1