İstanbulun Mərmərə bölgəsində zəlzələ olub.
“Habertürk” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
AFAD-ın xəbərinə görə, təkanlar Bakı vaxtı ilə saat 16.08-də Kartal rayonunda qeydə alınıb.
7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.скачать dle 12.1