Latın Amerikasının koronavirusun yeni episentri olma ehtimalı var.
Bu barədə “Spiegel” məlumat yayıb.
Qeyd olunur ki, qitənin bir neçə şəhərində vəziyyət ABŞ və Avropadakı pik vəziyyətlə müqayisə oluna bilər.
Bununla da, Perunun paytaxtı Limada epidemiyanın inkişafını “Parisdəki epidemiyanın ən pis ayı” ilə müqayisə etmək olar. Ölümün üçqat artması ilə Braziliyanın Manaus şəhəri London və ya Madridə bənzəyir, Ekvadorun liman şəhəri Quayakil isə ölüm sayının beşqat artması ilə “ikinci Nyu-York”a çevrilə bilər.
Nəşr yazır ki, Braziliyada virus qurbanlarının sayının çox olması səbəbindən ölülər bir-birinin üstünə yığılmış halda tabutlara qoyularaq, kütləvi məzarlıqlarda basdırılır. Həkimlər xəbərdarlıq edir ki, ölkədə kifayət qədər sərt karantin tədbirlərinin olmaması və hakimiyyətin baş verənlərə laqeyd münasibəti səbəbindən 100 minədək insan ölə bilər.
Braziliyada 271 885 nəfər koronavirusa yoluxub, 17 983 xəstə ölüb.
Bəzi epidemioloji göstəricilərə görə, həlak olanların sayı rəsmi rəqəmdən on beş dəfə çox ola bilər.скачать dle 12.1