BakiSesi.com

Rusiyanın 49 bölgəsində karantin məhdudiyyətləri aradan qaldırılır

Tarix:13-06-2020, 18:25 | Oxunub: 634
Rusiyanın 49 bölgəsində karantin məhdudiyyətləri aradan qaldırılır
Rusiya Baş nazirinin müavini Tatyana Qolikova ölkənin 49 bölgəsində koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

MK xəbər verir ki, nazir müavini 43 regionda yumşaldılmanın birinci mərhələdə olduğunu bildirib.

Hökumətin təşkil etdiyi brifinqdə T.Qolikova qalan bölgələrin ilk mərhələyə doğru hərəkət etdiyini vurğulayıb.

O qeyd edib ki, yeni yoluxma hallarının artması Moskvadan bölgələrə doğru gedir. Eyni zamanda, Rusiya paytaxtının ölkə üzrə yoluxma hallarının artımındakı gündəlik payı 22-23 faiz təşkil edir.скачать dle 12.1