İranda koronavirusla bağlı durum yenidən pisləşib. Azvision.az xəbər verir ki, ölkədə son sutka ərzində 37 mindən çox yoluxma aşkarlanıb.
Xarici KİV xəbər verir ki, bu, pandemiya dövründə ən yüksək rəqəm sayılır.
Ötən gün 411 koronavirus xəstəsi həyatını itirib. Ümumilikdə isə, keçən ilin fevral ayından bu yana 91 407 nəfər pandemiyanın qurbanı olub. Səhiyyə Nazirliyi indiyə kimi 3,940708 nəfərin virusa yoluxduğunu açıqlayıb.
скачать dle 12.1