Ukraynada mühacirətdə yaşayan belarus fəal Vitali Şişov bu gün səhər saatlarında Kiyevdəki evinin yaxınlığındakı parkda asılmış vəziyyətdə tapılıb.
“Reuters” xəbər verir ki, Ukrayna polisi hadisənin qətl, yoxsa intihar olduğunu araşdırmaq üçün cinayət işi açdıqlarını bildirib.
Vitali Şişov belaruslara yaşayış, iş və hüquqi məsləhət sarıdan kömək edən Ukraynadakı "Belarus Evi" qrupuna rəhbərlik edib. Həmkarlarının verdiyi açıqlamaya görə, Şişov keçən il hökumət əleyhinə nümayişlərdə iştirak etdikdən sonra Belarusu tərk edib və həmin vaxtdan özünü daim nəzarət altında hiss edib, hətta dəfələrlə öldürülməklə hədələnib.
скачать dle 12.1