Braziliyanın San Paulo əyalətinin Piracicaba şəhərində zəngin iş adamına məxsus 7 nəfərin olduğu kiçik təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Alovların qalxdığı yerə hadisə yerinə xilasedici və təcili yardım qrupu göndərilib.  Qəza nəticəsində iş adamı, həyat yoldaşı və 3 uşağı da daxil olmaqla ümumilikdə 7 nəfər həyatını itirib. 
Təhlükəsizlik kamerasının qeydə aldığı kadrlarda təyyarənin qəzaya uğradıqdan sonra alovlandığı görülüb. Hadisə ilə bağlı istintaq başladılıb.
  





скачать dle 12.1