Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb.
Hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər.
 
Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığı "Zita və Gita" adlı ekran işi məşhurluğun zirvəsinə yüksəlib.
Hema müsahibələrindən birində oynadığı hər iki rolun onun xarakterinə çox yaxın olduğunu bildirib:
"Gəncliyimdə təvazökar, utancaq və qorxaq idim, Zita kimi müqavimət göstərə bilmirdim. Lakin illər keçdikcə Gita kimi daha güclü, daha cəsarətli, daha inamlı olmağa başladım".
Məlumat üçün bildirək ki, Hema Malini varlı ailədə dünyaya gəlib. O, "Zita və Gita" filmidəki tərəf müqabili Dharam Sinq Deolla ailə həyatı qurub. Cütlük arasında 13 yaş fərq var. Hema ilə Dharamın iki qızı var.
скачать dle 12.1