Gürcüstanda ötən sutkada daha 1 997 nəfərə koronavirus diaqnozu qoyulub, 52 pasiyent vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 593 763-ə, ölənlərin ümumi sayı isə 8 498-ə çatıb.
Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 1 232 nəfər artaraq 558 042 olub.
скачать dle 12.1