Çinin cənub-qərbində gəmi qəzası baş verib.
Bu barədə CGTN telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Beypanzyan çayında, Quyçjou əyalətinin sahilində baş verib. Sərnişin gəmisinin çevrilməsi nəticəsində azı 8 nəfər həlak olub. Qeyd edilir ki, hadisə zamanı gəmidə olanlardan 31-i xilas edilib. Qəza zamanı daha bir neçə nəfər itkin düşüb.
Hazırda axtarış-xilasetmə işləri aparılır.
Qəzanın başvermə səbəbi açıqlanmır.
скачать dle 12.1