Erməni politoloq Vardan Voskanyan son vaxtlar İranın bölgədə gərginliyi artırmasının səbəbini izah edib.
Yerli mediaya açıqlama verən politoloq rəsmi Tehranın ardınca Hindistanın da Ermənistanla münasibətləri dərinləşdirməsinin təsadüfi olmadığını deyib.
"Son günlər bölgəmizdə vəziyyət gərginləşib. Hazırda Zəngəzur dəhlizi kimi tanınan Turan dəhlizi təkcə İranı deyil, Hindistanı da narahat etməyə başlayıb. Bu səbəbdən bu iki ölkə əlindən gələni edir ki, yeni iqtisadi-siyasi layihələr reallaşdırsın". 
Qeyd edək ki, dünən Hindistan Xarici işlər naziri Subrahmanyam Cayşankar Ermənistana gəlib. O, Ermənistana səfər edən ilk Hindistan xarici işlər naziridir.
 
скачать dle 12.1