Dünya rekordçusu atlet Aqnes Tirop dünyasını dəyişib.
26 yaşlı idmançı evində ölü tapılıb. Tiropun ölümündə həyat yoldaşı şübhəli bilinir.  Faktla bağlı araşdırmalara başlanılıb. 
Qeyd edək ki, Aqnes Tirop 2017 və 2019-cu il dünya çempionatlarında bürünc medal qazanıb. O, sentyabrda Almaniyadakı turnirdə 10 min metr məsafəyə 30 dəqiqə 1 saniyəyə qaçaraq, dünya rekordu qırıb.
скачать dle 12.1