Gürcüstana qanunsuz yolla qızıl idxal etməyə çalışan Ermənistan vətəndaşı saxlanılıb.
Ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumata görə, Ermənistanla sərhəddəki "Sadaxlı" gömrük-buraxılış məntəqəsində həmin şəxsin əl yükünə keçirilən baxış zamanı bəyan edilməmiş 100 qram çəkidə qızıl külçə aşkarlanıb. 
Qaçaq malın dəyəri 17 686 lari (5 632 ABŞ dolları) təşkil edib.
Faktla bağlı Maliyyə Nazirliyinin İstintaq Xidmətində araşdırma aparılır.скачать dle 12.1