"Kiyev Donbassdakı təmas xəttinə ağır artilleriya yerləşdirir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"ATƏT-in Xüsusi Monitorinq Missiyası Kiyev tərəfindən ölkənin şərqinə ağır silahların, o cümlədən iri çaplı artilleriya və zirehli texnikanın ötürülməsini qeydə alır, pilotsuz uçuş aparatlarından istifadə davam edir", - deyə Zaxarova qeyd edib.
Rusiya xarici siyasət idarəsinin nümayəndəsi əlavə edib ki, Avropa İttifaqı Ukraynanın hərbiləşdirilməsi prosesinə qoşulub, ölkəyə hərbi-texniki yardım üçün 31 milyon avro ayırıb ki, bu da “Donbasda sülhə töhfə vermir”. Bütün bunların fonunda sülh yolu ilə nizamlanma üzrə danışıqlar dalana dirənib. 
скачать dle 12.1