BMT hələ də ədaləti təmin etmək iqtidarında deyil.

Trend-in Türkiyə KİV-ləinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TRT World Forum" forumunun bağlanış mərasimində deyib.

T.Ərdoğan vurğulayıb ki, Ümumdünya Təşkilatının ciddi islahatlara ehtiyac var: "Yeddi qitəni təmsil olunduğu BMT TŞ - biz buna nail olmalıyıq. BMT TŞ-in 5 daimi üzvdən formalaşması İkinci dünya müharibəsinin nəticələrindən irəli gəlirdi. Bu gün biz başqa şəraitdə yaşayırıq, dəyişikliklərin vaxtı gəlib".

Türkiyənin Avropa İttifaqına üzvlülüyü məsələsini şərh edərkən T.Ərdoğan Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı ölkədə referendum keçirilməsinin mümkünlüyünü bildirib: "Biz bu məsələni müzakirə edəcəyik, əgər "hə" qərarı qəbul edilsə, biz dərhal addımlar atacağıq".скачать dle 12.1