BakiSesi.com

Rövşən Rzayev videoqəbul keçirdi - FOTOLAR

Tarix:17-03-2020, 19:30 | Oxunub: 17
Rövşən Rzayev videoqəbul keçirdi - FOTOLAR
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fərdi qaydada qəbulu müvəqqəti olaraq, müasir rabitə-kommunikasiya vasitələrindən istifadə edilməklə onlayn videoqəbulla davam etdirilib.

BAKİSESİ.COM xəbər verir ki, Martın 17-də komitə sədri Rövşən Rzayev, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla videozəng vasitəsilə  əlaqə saxlayıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib. Eyni zamanda vurğulanıb ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi məqsədilə bu il müəyyənləşdirilmiş bütün tədbirlər yerinə yetiriləcəkdir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqınlara və məcburi köçkünlərə xüsusi diqqqət və qayğı göstərdiyi, hazırki şəraitdə onların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verdiyi bildirilib.

Komitə sədrinin videoqəbulu beş saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb. Hər bir müraciət araşdırlacaq və cavablandırılacaqdır.

Komtədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları təşkil ediləcəkdir.

Bu barədə məlumatları vətəndaşlar komitənin rəsmi internet səhifəsindən ala, həmçinin 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər.

Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir.

Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılacaqdır.




скачать dle 12.1