"Mançester Yunayted"in futbolçusu Cessi Linqard karantini məşhur "Playboy" gözəli Laura Braqata ilə danışaraq keçirir.
Bu model futbolçulara uğur gətirməsi ilə tanınır. "Mançester Yunayted"dəki karyerası sual altında olan Linqardın da məhz bu səbəbdən bu modellə münasibət saxladığı yazılır.
Laura Braqata Cessi Linqardla bağlı xəbəri təsdiqləyib: "Cessi ilə danışdım. O da bizim kimi evdə qalır. İndi təhlükəsizlikdədir. İtaliyada hamımız karantindəyik. Bir ay oldu və ümid edirəm ki, burda hər şey yenidən başlayacaq. Səyahət etmək üçün darıxmışam. Yayı İspaniya və Londonda keçirmək istəyirəm".скачать dle 12.1