Amerika ölkəsi olan El-Salvadorda həbsxanaların birində çəkilən görüntülər mediada diqqət çəkib.
''Ölkə.Az'' xəbər verir ki, Latın Amerika ölkələri arasında ən çox cinəyət səviyyəsinə görə ilk sırada olan ölkə El-Salvadordur. Belə ki, ''Reuters'' xəbər agentliyinin ölkədəki həbsxanadan yayımladığı fotolar gündəmə gəlib. El-Salvadorun paytaxtı San Salvadorda yerləşən ''İzalco'' həbsxanasında çəkilən bu görüntülər görənləri şoka salıb. Ölkənin prezidenti Nayib Bukele bir gündə 22 cinayət hadisəsinin baş verməsindən sonra həbsxanada 24 saatlıq ciddi rejim tətbiq edib. Nayib Bukelenin dediklərinə görə cinayət qruplaşmasının lederləri həbsxanada olmalarına baxmayaraq cinayət əmrləri verməyə davam edirlər. Məhz buna görə də məhbuslar tək nəfərlik kameralara yerləşdirilərək ətraf aləmlə əlaqələri kəsiləcək. 




скачать dle 12.1