BakiSesi.com

“Simpsonlar”da Corc Floydun ölümü və kütləvi etirazlar — FOTO

Tarix:4-06-2020, 11:14 | Oxunub: 558
“Simpsonlar”da Corc Floydun ölümü və kütləvi etirazlar — FOTO
“Simpsonlar” cizgi filmi illər öncə çəkilən bölümlərində gələcəkdəki hadisələrdən xəbər verməsi ilə hər kəsi təəccübləndirməyə davam edir.
Bu dəfə isə ekran işində “Cream Dragon” şirkətinin “SpaceX” raketlərinin, ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən öldürülən afroamerikalı Corc Floyd və bundan sonra kütləvi etirazların başlamasını əks etdirən görüntülər diqqət çəkib.
Qeyd edək ki, bundan öncə serialda Donald Trampın Prezident seçilməsi, Səudiyyə Ərəbistanında verilən kürə pozu, Notr Damm kilsəsinin yanması, Ebola virusu, 11 sentyabr hadisələri, “Walt Disney” şirkətinin “20th Century Fox” şirkətini alması, ağıllı telefonların icad edilməsi, Ledi Qaqanın “Super Bowl”dakı çıxışı və s. hadisələr əks etdirilib.
Onu da bildirək ki, “Simpsonlar”ın bölümlərinin birində D.Trampın öldüyü kadrlar yer alıb.


скачать dle 12.1