Keçmiş səhiyyə naziri Əli İnsanov həbsdən azad olunandan sonra jurnalistlərə verdiyi açıqlama bəzi müxalifət liderlərini narahat edib.

BAKİSESİ.COM
xəbər verir ki, sabiq nazir jurnalistlərə ilk açıqlamasında siyasi fəaliyyətlə məşğul olacağını bəyan edib.

Ancaq Ə.İnsanovun bu fikirləri radikal müxalifət liderlərindən olan AXCP sədri Əli Kərimlini narahat edib.

Belə ki, əfv fərmanı ilə azadlığa buraxılan AXCP funksioneri Gözəl Bayramlı ilə görüşü zamanı Əli Kərimli Əli İnsanovla da bağlı bir neçə cümlə danışıb. Onun sabiq nazirə “yaşlı adamdır” deyə xitab etməsi də təsadüfi sayılmamalıdır. Əslində, Ə.Kərimli bununla cəmiyyətə Əli İnsanovun siyasi proseslərdə önə çıxa bilməyəcəyi mesajını verməyə cəhd edib.скачать dle 12.1