BakiSesi.com

Prezident teqaüdçüsü,Qarabağ qazisi,Tanınmış jurnalist Habil Vəliyev Prezidentə

Tarix:25-04-2019, 10:00 | Oxunub: 42 253
Prezident teqaüdçüsü,Qarabağ qazisi,Tanınmış jurnalist Habil Vəliyev Prezidentə
Prezident teqaüdçüsü,Qarabağ qazisi,tanınmış jurnalist Habil Vəliyev Prezidentə müraciət etdi
Müraciətdə deyilir:

Hər zaman dövlət və dövlətçiliyin inkişafına çalışan, rəhbəri olduğu Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dövlətinin uğurlarına sevinən, onun Prezidentinin fəaliyyətini hər zaman yüksək qiymətləndirən, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına yazılı müraciət edib.
Baş redaktor etdiyi müraciətdə bildirir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşam. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm. Artıq 2 il 5 aydır ki, həbsxanada cəza çəkirəm. Həbs olunduğum gündən indiyədək dövlətə, dövlətçiliyə və qanunlarımıza böyük hörmətlə yanaşaraq, heç bir qayda pozuntusuna yol verməmişəm“.
Baş redaktor müraciətində Zəngilan rayonundan məcburi köçkün, birinci Qarabağ müharibəsi veteranı olduğunu bildirir: “Prezident təqaüdçüsüyəm. Bakı Dövlət Universitetinin iki fakültəsini bitirmişəm, hüquqşünasam. Azərbaycanın ilk zabitlərindənəm. Zəngilan-Qubadlı Seçki Dairəsində məntəqə seçki komissiyasının sədri olmuşam. Yeni Azərbaycan Partiyasının üzvü olmaqla YAP-ın ilk təşkilat komitəsinin üzvlərindənəm. “Gündəlik Bakı“,“Yeni Əkinçi“ qəzetlərinin baş redaktoru, “Bakitv.az“ internet televiziyasının sədriyəm“.
Habil Vəliyev müraciətinə davam olaraq qeyd edir ki, ölkə başçısının siyasi, iqtisadi kursunu hər zaman dəstəkləyib, bundan sonra da dəstəkləməkdə davam edəcək: “Daimi əsası Ulu Öndərimiz, Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də hörmətli prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən sabit, planlı şəkildə inkişafda olan siyasi və iqtisadi kursu dəstəkləyərək Sizi əmin edirəm ki, gələcəkdə heç bir xoşagəlməz hərəkətlərə yol verməyəcəm“.
Baş redaktor ailə vəziyyətinin yaxşı olmadığını da müraciətində vurğulayıb: “Ailəliyəm 3 övladım var. Hər 3 övladım ali təhsil müəssisəsində təhil alır. Anam “Qızıl Medallı“ Qəhrəman anadır. Ağır ürək əməliyyatı keçirib. Atam mən həbsdə olarkən dünyasını dəyişib. Həyat yoldaşım ağır xərçəng xəstəsi olaraq Onkoloji Mərkəzdə qeydiyyatdadır. Özüm də bir neçə xəstəlikdən əziyyət çəkirəm. Hörmətli cənab Prezident, mənim həbsdə qalmağımla bağlı heç bir şikayət, heç bir ziyan, heç bir mülki iddia yoxdur. Hesab edirəm ki, mənim həbsdə saxlanmağım bir azərbaycanlı ailəsinin, onun üzvləri olan gənc tələbələrin, xəstə anamın, xəstə həyat yoldaşımın və onların yaşam tərzlərinin daim həyacanlı olmasına və xəstəliklərinin güclənməsinə gətirib çıxarır“.
Daha sonra baş redaktor Habil Vəliyev ölkə başçısından əfv olunmasını xahiş edir:  “Hörmətli cənab Prezident, Sizin hümanistliyinizə inanaraq ümidvaram ki, ailəmin, özümün arzu və istəklərini nəzərə alaraq cəzamın yerdə qalan hissəsini bağışlayaraq, məni əfv edərək ailəmə qovuşduracaqsınız. Cənab Prezident, bütün yuxarıda sadalananlarımı nəzərə almaqla və Sizin hümanistliyinizə inanmaqla məni – Vəliyev Habil Allahverdi oğlunu əfv etməyinizi Sizdən xahiş edirəm“.

скачать dle 12.1