Bakıda oteldə yanğın qeydə alınıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” otelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.
Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.скачать dle 12.1