Qazaxda 28 yaşlı qadını oğurlayan şəxs saxlanılıb.
Bakisesi.com “Report”a istinadən xəbər verir ki, rayonun Daşsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb.
Məlumata görə, həmyerlisi Hüseynxanov Vüsal Fədail oğlu onu zorla evlənmək məqsədilə oğurlayıb.
Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.скачать dle 12.1