Bakıda qadını qarət edən şəxs yaxalanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.
Bakı şəhər sakini İsmayılova Aytac Firuz qızı polisə müraciət edərək bildirib ki, rayonun 4-cü mikrorayon, 20 yanvar küçəsindəki avtobus dayanacağında 135 saylı marşrut avtobusundan düşərkən naməlum şəxs onun içərinsində 200 dollar və 1 manat olan pulqabını əlindən alaraq qaçıb. Qadın oğrunun arxasınca qaçaraq onu yaxalamaq istəyəndə həmin şəxs pulqabını yerə atıb qaçıb.
Qadının müraciəti əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Əhmədli Ceyhun Xoşbəxt oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1