Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakisesi.com apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Mil qəsəbəsində qeydə alınıb.
Qarşıdan gələn nəqliyyat vasitəsi 27 yaşlı Anar Məhərrəmovun idarə etdiyi “VAZ 21099” markalı avtomobillə toqquşub.
Nəticədə A.Məhərrəmovun 1 yaşlı övladı Aysun Tağıyeva hadisə yerində həyatını itirib. Həmin avtomobildə olan ailənin digər üzvləri – sürücü, 1990-cı il təvəllüdlü Məhərrəmov Anar Nağı oğlu, 1992-ci il təvəllüdlü Məhərrəmova Ziyafət İlham qızı, 2013-cü il təvəllüdlü Məhərrəmov Nağı Anar oğlu, 2017-
cil təvəllüdlü Məhərrəmova Xədicə Anar qızı xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1