Bakının Nərimanov rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakisesi.com APA-ya istinadən xəbər verir ki, qəza Ə.Rəcəbli küçəsində qeydə alınıb.
Belə ki, 21 yaşlı Talıbova Əfsanə Hənifə qızı idarə etdiyi "Hundai Elantra" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı o, xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 12.1