Azərbaycanda 2010-cu ildən 2019-cu ilin yanvar ayınadək sərxoş vəziyətdə cinayət törədən şəxslərin statistikası açıqlanıb. 
Bakisesi.com-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sözügedən müddət ərzində 5048 nəfər vətəndaş sərxoş halda cinayət törədib. Bunlardan 270 nəfəri zərərçəkənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri törədib.
Digərləri isə qəsdən adam öldürmə və adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama,  oğurluq, onlardan mənzillərdən soyğunçuluq, quldurluq, dələduzluq, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər törədiblər. скачать dle 12.1