Oğuzda 58 yaşlı kişi meşə ərazisində ağac kəsərkən ölüb.

Unikal.org xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Xal-Xal kəndinin meşəlik ərazisində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev ağac kəsərkən hələ ki bilinməyən səbəbdən ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.скачать dle 12.1