Azərbaycanın Xalq artisti Rauf Babayev 82 yaşında dünyasını dəyişib.
Bu barədə Bakisesi.com-a Mədəniyyət Nazirliyindən bildirilib. Mərhum bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Mədəniyyət Naziri Əbülfəs Qarayev KİV təmsilçilərinə vida mərasiminə qatılmamağı tövsiyə edir.
Qeyd edək ki, Rauf Babayev 1937-ci ildə Gümrüdə anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib.
Müğənni 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.
R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR Əməkdar artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adını alıb.
Allah rəhmət eləsin!скачать dle 12.1