Bakı şəhərində mənzildən qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Miriyeva Nəzakət Tahir qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.скачать dle 12.1