Aprelin 1-də Mingəçevir şəhəri ərazisində Yevlax rayon sakini K.Kərimovun cibindən 210 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Kadırova Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən sabahnews.az-a bildiriblər ki, ətrafında aparılmış tədbirlərlə onun Mingəçevir şəhər sakini A.Əliyevin cibindən 155 manat oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

скачать dle 12.1