Bakıda məktəbdə oğurluq hadisəsi baş verib.
Hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən 206 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, məktəbin qarşısında tanınmış şəxslərə ucaldılan büstlərdən biri – Nadir Axundovun büstü naməlum şəxs tərəfindən oğurluq yolu ilə ələ keçirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, büstün qiyməti təxminən 5 000 manatdır/скачать dle 12.1