Baku TV-nin “Pis yolun qurbanı” adlı yeni layihəsində erkən yaşda valideynlərini itirən azyaşlı qızın həyat mübarizəsindən bəhs edilib.
Belə ki, 16 yaşında anasını itirən qızın çətin vəziyyətdə iş axtarması, işdə zorlanması onun həyatının ən dəhşətli səhifələridir. 
Məsələnin acınacaqlı tərəfi isə budur ki, onu zorlayan müdir qızı ikinci ailəsi kimi saxlayacağını bildirsə də, sözünün üstündə durmayıb.
Qız sonda öz başına gələnləri qardaşına danışıb. Qardaşı həmin şəxsi evə çağırıb. Ancaq burada da yazıq qızın bəxti gətirməyib. Qardaşı onu bir telefona satıb.
Daha ətraflı Baku TV-nin “Pis yolun qurbanı” reportajında:


скачать dle 12.1