Bakıda bacanağını gözündən güllələyərək qətlə yetirən Mahmudov Kamran Tərlan oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.
Qeyd edək ki, ötən ilin dekabrında Xətai rayonunda paytaxt sakini, 45 yaşlı Cəfərov Xəyal Aydın oğlu öldürülüb. X.Cəfərovu bacanağı K. Mahmudovun qətlə yetirdiyi məlum olub. K. Mahmudov X. Cəfərovu kustar üsulla hazırlanan 8 mm kalibrli revolver tapancası ilə gözündə vuraraq qətlə yetirib.
K.Mahmudova Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ittiham verilib.скачать dle 12.1