İçkili vəziyyətdə piyadnın ölümünə səbəb olan sürücü, Sulxayev Murad Şamil oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası mayın 20-nə təyin olunub.
 
Qeyd edək ki, hadisə 2020-ci il yanvar ayının 3-də Zaqatala şəhərinin Nizami küçəsində qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakini Sulxayev Murad idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyada, Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə ərazidən uzaqlaşıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində M. Sulxayev saxlanılıb və məlum olub ki, o, hadisəni törədən zaman içkili olub.
Ona qarşı, Cinayət Məcəlləsinin 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) və 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma- zərərçəkmişin ölümünə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.скачать dle 12.1