Gəncədə qaçırdığı avtomobillə postu keçmək istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 30-da saat 03.00 radələrində Gəncə-Yevlax yolunda “COVID-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda Goranboy rayon sakini Q.İmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kəpəz RPİ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilib və o, saxlanılıb.скачать dle 12.1